18 İyun 2019 23:58
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Ural hava yolları" aviaşirkətinin nəşri - UAM jurnalının redaksiyası iyun nömrəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata görə üzr istəyib.

Müvafiq açıqlama aviaşirkətin mətbuat xidməti tərəfindən yayılıb.

Rusiya Federasiyasının "Ural hava yolları" şirkətinin rəsmi mətbuat orqanı olan "UAM" jurnalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verib.

Jurnal öz səhifəsində "Günəşli Ermənistana vertolyot turları" adlı reklam yerləşdirilib. Reklamda Dağlıq Qarabağ Ermənistan ərasizi kimi göstərilməklə yanaşı, həm də işğal edilmiş ərazilərə vertolyot turlarının təşkili də qeyd edilib.

Qeyd edək ki, "Ural hava yolları" şirkəti Azərbaycanla da yaxından əməkdaşlıq edir və Bakı, Gəncə və Lənkərana müntəzəm hava ucuşları həyata keçirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər