2 İyul 2019 16:45
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Zülfiyə Amanjolova bu ölkənin Xəzərin məsələləri üzrə yeni xüsusi nümayəndəsi təyin edilib.

Teleqraf.com xəbər verir ki, Zülfiyə Amanjolova bundan əvvəl Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olub. O, bu vəzifədə dövlət sərhədləri və Xəzər dənizinin statusunun müəyyən edilməsi məsələləri ilə məşğul olub. Zülfiyə Amanjolova dəfələrlə mətbuata Xəzərin statusuna dair Konvensiya, habelə Birgə özbək-qazax demarkasiya komissiyasının fəaliyyəti ilə bağlı açıqlamalar verib.

Zülfiyə Amanjolova peşəkar diplomatdır və uzun müddət Qazaxıstan XİN-in beynəlxalq hüquq departamentinə rəhbərlik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər