Bakı Şəhər İcra Hakimiyyəti paytaxta müşahidə olunan küləkli hava şəraitilə bağlı sakinlərə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, BŞİH sürücülərdən avtomobilləri hündür ağacların altında park etməmələrini xahiş edir. Həmçinin sakinlərə küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçərkən diqqətli olmaları tövsiyə edilir.
Vətəndaşlardan xahiş olunur ki, aşan və ya qəzalı vəziyyətdə olan ağaclarla bağlı (+994 12) 570 73 30 nömrəli qaynar xəttə zəng edərək məlumat versinlər.