Türkiyədə reytinqləri qıran "Muhteşem Yüzyıl" serialının aktyorları kollektiv "selfie" çəkdiriblər.
Teleqraf.com xəbər verir ki, dünyanın məşhur “GQ” jurnalının Türkiyə versiyası üçün çəkilən fotosessiya zamanı “Oscar şelfi”sindən ilhamlanan aktyorlar buna bənzər şəkil çəkiblər.
Türkiyə KİV-ləri bu fotonu “Muhteşem selfie” olaraq adlandırıb.