14 Oktyabr 2019 16:05
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov, Rusiya Federasiyası; Stefan Viskonti, Fransa və Endryu Şafer, Amerika Birləşmiş Ştatları) regiona gəliblər.

Bunu brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan söyləyib.

"Regional səfərə gəlmiş ATƏT-in Minsk qrupunun vasitəçiləri bu gün və sabah Ermənistanda olacaqlar", - deyə A.Naqdalyan bildirib.

Qeyd edək ki, bölgəyə səfər çərçivəsində vasitəçilər Bakıya da gələcəklər./report/


Müəllif: Teleqraf.com