4 Noyabr 2019 19:43
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mir Şahin Ağayev müəllifi olduğu “Mir Şahin vaxtı” verilişində Milli Şuranın mühüm nümayəndəsi Vidadi Mirkamal barədə sensasion fakt açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı sakini olan bir vətəndaşın Vidadi Mirkamal tərəfindən şantaja məruz qaldığını əks etdirən sənədləri Real TV-yə təqdim edib və bu sənədlərdə hadisənin ən xırda detalları da əsaslı şəkildə ortaya qoyulub.

Mir Şahin bir qadının namusunu ayaqlar altına atan general və Milli Şuranın aparıcı siması haqda məktubu efirdən oxuyub.

O söyləyib: "Diqqətli tamaşaçılar yəqin ki, fikir veriblər: güruh bir qayda olaraq qeyri siyasi mövzularla ortaya çıxır. Özünü Milli Şura adlandıran qurumun ön daşıyıcısı Gülətkin Hacıbəylinin qayınanası, Gültəkinin dostu və ən yaxın silahdaşı Fuad Qəhrəmanlının qısqanclıq zəminində dağılan ailəsinin problemi qaragüruhun başının əslində daha lirik-sentimental, duyğusal qayğılara qarışdığının sübutudur".

Vidadi Mirkamal hüquqi yardım üçün müraciət edən qadını şirin vədlərlə yoldan çıxarıb, əxlaqsızlığa təhrik edib, daha sonra şantajla qorxudaraq zorla intim əlaqədə olmağa məcbur edib.

Verilişin videosunu təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər