Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill noyabrın 14-də Bakıya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Patriarxı Kirillin səfərinin məqsədi Bakıda keçiriləcək Dünya Dini liderlərinin Sammitinin açılışında iştirakıdır.
Moskvanın və bütün Rusiyanın Patriarxının mətbuat xidmətindən bildirilib: "Noyabrın 14-də müqəddəs Patriarx Kirill Bakıya səfər edəcək və burada Dini Liderlərin II Bakı Sammitinin açılışında iştirak edəcək".