5 Dekabr 2019 22:56
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ATƏT Nazirlər Şurasının 26-cı iclası ərəfəsində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada keçirilən görüşləri ilə bağlı birgə bəyanat yayıblar.

Nümayəndə heyətlərinin rəhbərləri təmas xətti və beynəlxalq sərhədlərdə güc tətbiqinin nisbətən azalmasını müsbət məqam kimi qəbul edərək, tərəflərin gərginlik riskinin qarşısını almaq üçün birbaşa kommunikasiya imkanından istifadə etmələrini yüksək qiymətləndiriblər. Onlar gərginliyin azaldılması və əhalinin sülhə hazırlanması üçün ötən il atılan konkret addımları alqışlayıblar.

Həmsədr ölkələrin təmsilçiləri münaqişə tərəflərinin Xarici İşlər nazirlərinin Minsk qrupunun himayəsi altında gələn ilin əvvəlində yenidən görüşə dair razılığa gəlmələrini yüksək qiymətləndiriblər.

Bəyanatda vurğulanıb ki, hazırkı status-kvo qəbuledilməzdir. Onlar tərəfləri şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıblar.

Yekunda qeyd edilib ki, ATƏT-in Minsk qrupu formatı münaqişənin davamlı həlli üçün səylərlə bağlı imtinaedilməz format olaraq qalır.


Müəllif: Teleqraf.com