22 Sentyabr 2014 16:32
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputatın maaşı özünə çatır

Son günlər bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin adından belə bir açıqlama yayılıb ki, guya deputat “aldığım maaş mənə çatmır” deyib.

Teleqraf.com Milli Məclisin saytına istinadən xəbər verir ki, Hadi Rəcəbli həmin məlumatı təkzib edib və o xəbəri qərəz kimi dəyərləndirib.

Bildirib ki, sosial sahədə uzun illər tədqiqat aparan elmlər doktoru, professor kimi mən həmişə deyirəm: “Təminatla tələbat düz mütənasibdir. Təminat yaxşılaşdıqca tələbat artır.”

Ucuz sensasiya axtaran bəzi KİV-lər deputatın fikirlərini kontekstdən ayıraraq təhrif etmiş, öz maraqlarına uyğun formada yayıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər