31 Yanvar 2020 21:09
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan tələbənin kimliyi məlum olub.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, bu, BDU-nun Amerikaşünaslıq fakültəsinin III kurs tələbəsi Zhenghai Liu Youshadır.

Bu ilin yanvar ayının ortalarında Çindən Azərbaycana gələn tələbə yanvarın 27-də Kliniki Tibbi Mərkəzə daxil olub.

Tələbənin dediyinə görə, atası Çində dünyasını dəyişib. Ona görə də o, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə karantindədir.

Xəstəxanada Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, lakin təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər