5 Fevral 2020 23:25
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Mehmet Cahit Turhan İzmir-İstanbul aviareysini həyata keçirən və Sabiha Gökçen hava limanında uçuş zolağından çıxaraq parçalanan təyyarənin qəzaya uğramasının səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir “Pegasus” hava yollarına məxsus laynerin sərt eniş etdiyini və bu səbəbdən sürüşərək uçuş zolağından çıxdığını bildirib.

“Hazırda bizdə olan məlumatlara görə, ölüm faktı yoxdur. Sərnişinlər təxliyyə olunublar. Yaralılar xəstəxanalara yerləşdirilib. 177 sərnişindən 2-si uşaq, 6-sı heyət üzvüdür. Təyyarə sərt eniş səbəbindən zolaqdan çıxıb və dərəyə yuvarlanıb. Təyyarədə parçalanma olub. ”.

Qəza anının videosunu təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər