26 Sentyabr 2014 17:45
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfər olan Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski Bakı Slavyan Universitetində olub.

Teleqraf.com-un məlumatına görə, universitetin rektoru Asəf Hacıyevlə, o cümlədən müəllim və tələbələri ilə görüşən V.Jirionovski Azərbaycanda rus dilinə diqqət göstərildiyini bildirib. O, Bakı Slavyan Universitetinin fəaliyyət göstərməsindən məmnun olduğunu dilə gətirib.

V.Jirinovskini deputat Səməd Seyidov müşayiət edib. O, qonaqlar üçün nəzərdə tutulan kürsüdə deyil, tələbələrin yanında oturmağı üstün tutub. O, görüşdə tələbələrlə rus ədəbiyyatı ilə bağlı müzakirələr aparıb. Rus əsərlərindən tələbələrə suallar verən Jirinovski onların cavablarından məmnun qaldığını ifadə edib.

Universitetdə güclü təhlükəsizlik tədbirləri görülüb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər