Xəbər verdiyimiz kimi bu gün günorta saatlarında xalq artisti Rəfael Dadaşov xərçəng xəstəliyindən dünyasını dəyişib.
Xalq artisti Brilliant DadaşovaTeleqraf.com-a açıqlamasında mərhum haqqında suallarımızı cavablandırıb.
- Brilliant xanım, Rəfael Dadaşov üçün vida mərasimi olacaqmı?
- Vida mərasimi karatinə görə icazə yoxdur. Onu sevən tamaşçılar zəng edib, maraqlanırlar. Mədəniyyət Nazirliyi ilə danışdıq. Sabah öz evindən saat 14:00-da götürələcək və ll Fəxri Xiyabanda dəfn ediləcək.
Adətən vida mərasimləri Akademik Milli Dram Teatrında olur. Hazırda karantinə görə icazə yoxdur.
- Bir müddət əvvəl xəstəxanada idi...
- 20 gün idi ki, evdə idi. Kimyaterapeya qəbul edirdi. Həkimlər deyirdilər ki, kimyaterapiyadan əvvəl və sonrakı fərqə baxacaqlar və analizlərə baxıb müqayisə edəcəklər. Ümüd edirdik ki, sağalacaq.
- Xərçəng xəstəliyinə tutulmasını nə vaxt bildiniz?
- Bu haqda yanvarda xəbər tutduq. Birinci xanımımız Mehriban Əliyeva sağ olsun. Müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürdü.
Prezdentimiz çox sağ olsun Rəfael Dadaşova şöhrət ordeni verdi və onu sevindirdi. Dünyasını dəyişmədən öncə onu sevindirdilər. Çox arzu edirdi ki, sağalacaq və şöhrət ordenini taxacaq.
Xəstəxanada dedilər ki, kimyaterapiya lazımdır. Kimyaterapiya almasa yaşamağına ümid yoxdur. Kimyaterapiya sayəsində 50 faiz yaşamaq şansı var.
İkinci-üçüncü kimyaterapiyadan sonra bədən dözmədi.
- Son sözü nə oldu?
- Hamımız sağalmasına ümid edirdik. İnanırdıq ki, ayağa qalxacaq. Çox güclü insan idi. Demək olar ki, danışa-danışa keçindi.
Sonuncu dəfə gəlinini çağırıb və deyib ki, sən mənim qoruyucu mələyimsən. Qız deyir ki, tibb bacısı ilə sistemi açırdıq və gördük ki, bir nöqtəyə baxdı və rəhmətə getdi.