23 Mart 2020 11:02
1 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf Media Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat köçürüb.

Bu barədə Teleqraf.com-a Teleqraf Media Qrupunun baş direktoru Aynur Camalqızı danışıb.

A.Camalqızı bildirib ki, medianın əsas vəzifəsi cəmiyyəti səhih informasiya ilə təmin etmək, koronavirusdan qorunma qaydalarını təbliğ etmək, həmçinin dövlətin atdığı addımları, xüsusilə qadağaların mahiyyətinin insanlara izah olunmasına dəstək verməkdir:

“Əslində, media bu sahədə aktiv fəaliyyəti ilə koronavirusa qarşı mübarizəyə öz töhfəsini verməlidir və verir də. Ancaq bildiyiniz kimi, son günlər qlobal böhran və koronavirus təhlükəsi getdikcə artır, Azərbaycan dövləti sahibkarlığın dəstəklənməsi, ölkə iqtisadiyyatının qorunması üçün çox böyük işlər görür və bunun nəticəsində ölkəmizdə hər iki təhlükənin ciddi hiss edilməməsi sevindiricidir.

Prezidentimiz özü bir illik maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməklə bir nümunə göstərdi. Yəni məsələ yalnız maddi dəstəkdən deyil, bu mücadilədə birlikdə olmağımızdan, koronavirusa qarşı mübarizənin həm də böyük kampaniyaya çevrilməsindən və buna hər bir insanımızın qoşulmasından gedir. Biz də belə bir qərar verdik ki, bu təşəbbüsün geniş kampaniya şəklində davam etməsi üçün üzərimizə düşən vətəndaş məsuliyyətini yerinə yetirək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər