2 Aprel 2020 12:40
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri ərazisində də koronavirus pandemiyası ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatına görə, paytaxtın bütün küçə və prospektlərində polis, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları insanlarla profilaktik söhbətlər aparırlar.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, vətəndaşlar yenə də karantin rejim qaydalarını pozub.

Polis əməkdaşları həmin şəxslərə yenidən xəbərdarlıq edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər