15 Aprel 2014 10:01
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada geniş yayımlanan www.ornithomedia.com internet portalında “Azərbaycan: Beşbarmaq dağı köçəri quşlar üçün mühüm yerdir” sərlövhəli məqalə yerləşdirilib.

Məqalənin əvvəlində xarici ölkə ornitoloqlarının azərbaycanlı həmkarları ilə birlikdə Bakıdan bir qədər aralıda, Siyəzən şəhəri yaxınlığındakı Beşbarmaq dağı ərazisində quşların yaşayışını və məskunlaşmasını öyrənmək məqsədilə birgə tədqiqat işləri apardıqları diqqətə çatdırılıb.

Qeyd olunub ki, tədqiqat zamanı burada 278 quş növü müəyyənləşdirilib. Hər il yaz-yay fəslində milyonlarla köçəri quşun Beşbarmaq dağı ərazisində özlərinə yuva saldığı, onların müxtəlif növləri barədə oxuculara məlumat verilib, 8 quş növünün respublikanın “Qızıl kitabı”na daxil edildiyi diqqətə çatdırılıb.

Məqalədə 2012-ci ildə danimarkalı ornitoloqların Beşbarmaq dağına səfər etdikləri, quşlarla bağlı elmi əhəmiyyət daşıyan müşahidələr apardıqları və onun nəticələri haqda geniş məlumat hazırladıqları bildirilib.

Sonda Azərbaycana səfər məqsədilə viza almaq üçün hansı sənədlərin lazım olduğu, Paris-Bakı aviareysinin həftədə dörd dəfə həyata keçirildiyi barədə fransız oxucularına məlumat verilib.

Məqalənin tam mətni ilə
www.ornithomedia.com/magazine/voyages/besh-barmaq-d-azerbaidjan -tres-site-pour-migration-oiseaux-eurasie-01264.html internet resursunda tanış olmaq mümkündür.


Müəllif:

Oxşar xəbərlər