2 May 2014 15:46
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu günkü iclasında çıxış edən deputat Fuad Muradov “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı müzakirəsi zamanı qanunun Avropa qanunvericilik bazasına uyğunlaşdırılmasının təklif edib. “Biz hamımız Avropa ölkələrində oluruq.

Orada diplomatlarımızla, konsulluqlarımızın əməkdaşları ilə görüşürük. Maşın idarə edən diplomatlarımız onu işlədikləri ölkələrin qayda-qanunları ilə idarə edir, müvafiq qanuna əməl edirlər. Amma bizdə Azərbaycanda bu məsələ bir qədər başqadır”, - Fuad Muradov deyib.

Teleqraf.com-un xəbərinə görə, deputat bildirib ki, Avropa ölkələrində diplomatik rütbəsindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozan şəxslər cərimə olunur. “BMT-nin baş iqamətgahı Nyu-Yorkda yerləşir. Dövlətlərarası razılşmaya görə, orada müxtəlif ölkələrin diplomatik işçilərinə müəyyən güzəştlər olmalı idi. Amma buna baxmayaraq, Nyu-York polisi 100 milyonlarla cərimə yazır.

Bu cərimələri də onların dövlətləri ödəyir. Həmin ölkəyə diplomatın yol-hərəkət qaydalarını pozduğu barədə məlumatı göndərirlər. Azərbaycanda çox istərdim ki, bu məsələyə baxaq. Bu gün heç kim deyə bilməz ki, biz diplomatik toxunulmazlığı pozuruq. Sadəcə bütün Avropa ölkələrində olan təcrübəni burada tətbiq etməliyik”, - deyə F.Muradov vurğulayıb. Onun sözlərinə görə, istənilən nəqliyyat vasitəsi- istər diplomatik, istərsə də böyük şirkət olsun - onlar Azərbaycanın yol hərəkəti qanunlarına riayət etməlidir.

Nemət


Müəllif: Teleqraf.com