COVID-19 ilə bağlı qlobal atəşkəs irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Azərbaycan da bu cür beynəlxalq ədalət təşəbbüslərini dəstəkləyir. Bu təşəbbüs ərsəyə gələndən Azərbaycan Respublikası tərəfindən atəşkəsə əməl olunub. Atəşkəslə bağlı çağırışlarla yanaşı BMT nizamnamələrinə riayət edilməli, işğal və təcavüzlərə son qoyulması prinsiplərinə əməl olunmalıdır".