1 İyul 2020 00:25
2 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan şairi Məhəmməd Füzulinin heykəlinin yoxa çıxdığı barədə məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Güney Azərbaycan mənbələri məlumat yayıb.

Məlumata görə, Təbrizin Mənzəriyyə meydanında ucaldılan heykəl naməlum səbəbdən qaldırılıb. Əlavə edək ki, Məhəmməd Füzuli orta əsrlərdə yaşamış Azərbaycan şairi, mütəfəkkir və filosofdur. Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu