1 İyul 2020 23:26
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində guya vəziyyətin gərginləşməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur, uydurma və həqiqətə uyğun olmayan məlumatdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.az-a bildiriblər.

Qeyd olunur ki, hazırda cəbhə bölgəsində vəziyyət sabitdir.

"Bu kimi xəbərlər düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır", - məlumatda qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər