20 İyul 2020 18:29
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yoluxma hallarının dinamikası vətəndaşlar arasında təmasdan asılıdır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Dövlət məcburən karantini tətbiq etməklə, bu təmasları azaldıb, yoluxmaların sınmasına nail olur. Yoluxmaların azalması bizdən asılıdır. Biz 5 avqustdan sonra yumşalmalara getməyi düşünürük. Əminik ki, vətəndaşlar vəziyyəti tam anlayır", - deyə o bildirib.

Şahmar Mövsümov qeyd edib ki, yumşalmadan sonra yoluxmaların artıb-artmayacağı sual doğrur: "Buna yol verməmək üçün yumşalmaların müddətini mümkün qədər uzadaq, bu isə bizdən asılıdır. Xəstəsinizsə, evdən çıxmayın. Özünüzü pis hiss edirsinizsə, poliklinika ilə əlaqə saxlayın, vəziyyətiniz pis olduqda isə təcili yardıma müraciət edin. Eyni zamanda maska taxın. Əgər yoluxmaların sayı artsa, dövlət nəsə edə bilməyəcək. İlk olaraq dövlət istəmir ki, karantin olsun. Təəssüf ki, hərdən məcbur oluruq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər