26 İyul 2020 22:53
10 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Səlim Babayev koronavirus infeksiyasına yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə onun oğlu bildirib.

"Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin", - deyə onun övladı bildirib.

Qeyd edək ki, Səlim Balayev uzun illərdir mətbuatda çalışır. O, ölkənin bir sıra nüfuzlu qəzetləri, habelə elektron kütləvi informasiya vasitələrində araşdırmalarla, məqalələrlə çıxış edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər