12 Oktyabr 2014 18:44
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zamanla Azərbaycan da Avrasiya İqtisadi Birliyinə üzv olacaq və Ermənistanla iqtisadi əlaqələr Qarabağ münaqişəsinin həllinə gətirəcək”.

Teleqraf.com-un məlumatına görə, bu açıqlama ilə rusiyalı politoloq Mixail Aleksandrov çıxış edib.

O, Qarabağ münaqişəsinin yalnız iqtisadi yöndən həll edilə biləcəyini deyib:

“Ermənistan və Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olduqlarında Qarabağ münaqişəsini həll etmək asan olacaq. Hər iki ölkə iqtisadi əlaqələri bərpa etmək məcburiyyətində qalacaq. Ermənistan və Azərbaycan ictimaiyyəti daha da yaxınlaşcaq. İqtisadi birlik sərhədləri aradan qaldıracaq və bu yenə imkan verəcək ki, insanlar Sovet İttifaqında olduğu kimi, sərhədsiz yaşasınlar. Zamanla Azərbaycan da Avrasiya İqtisadi Birliyinə üzv olacaq və Ermənistanla iqtisadi əlaqələr Qarabağ münaqişəsinin həllinə gətirəcək”.

Xatırladaq ki, oktyabrın 11-də Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olub.


Müəllif:

Oxşar xəbərlər