Koronavirus testi pozitiv çıxan hindistanlı millət vəkili Sukhbir Sinq palçıq hamamına girərək peyvənd olunduğunu iddia edib.
Teleqraf.com xəbər verir ki, millət vəkili palçıqda çimdiyi videogörüntünü sosial şəbəkədə paylaşıb: “Palçıq hamamı koronavirusa qarşı təsirlidir. Tövsiyə edirəm”.
Sukhbir Sinq Hindistan parlamentində koronavirus testi müsbət çıxan 24 millət vəkilindən biridir.
Koronavirusun ən çox yayıldığı ölkələrdən olan Hindistanda son bir gündə 97 min 894 yeni yoluxma qeydə alınıb, ölənlərin sayı isə 1132 nəfəri ötüb.