“Dünən düşmən alayının döyüş bayrağı ələ keçirilib”.
Teleqraf.com-un məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.
A. Eyvazov deyib ki, döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var: “Ya torpaqlarımızdan çıxıb getməlidir, ya da yerində məhv ediləcək. Qələbə bizimlədir!”