15 Oktyabr 2020 18:59
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər Azərbaycanın haqq işini dünyaya dini savaş və qarşıdurma kimi təqdim etmək istəyir. Ermənilər dünya ictimaiyyətini çaşdırmaq üçün bu variantdan da istifadə edir. Amma əsla elə deyil. Bu, erməninin yeni iftirası və yalanıdır”.

Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

O bildirib ki, Azərbaycan dövlətinin və xalqının bütün dinlərə münasibəti yüksək səviyyədədir:

“Azərbaycan insanı başa düşür ki, kilsə də, sinaqoq da məscid kimi Allahın evidir. Əgər Azərbaycanda onlarla kilsə, sinaqoq tikilibsə, bunlar xalqın ümumi fəallığı ilə bərpa edilib. Bu gün istər yəhudi, istər xristian, istərsə də qeyri-dinin əqidə sahibi olsun, Azərbaycanda öz ibadətlərini rahat şəkildə icra edə bilirlər. Azərbaycan müxtəlif xalqların və dinlərin dinc şəraitdə yaşadığı multikultural ölkədir”.

Fuad Nurullayev hesab edir ki, dünya erməniləri yaxşı tanıyır: “Azərbaycan həqiqətləri illərdir dünya tərəfindən tanınır. 30 il müqabilində öz haqqı olan doğma torpaqlarını işğaldan azad etmək üçün səbir nümayiş etdirən Azərbaycan başqa bir varianta əl atmayıb. Azərbaycan Ordusu yalnız hərbi hədəfləri vurur, heç vaxt mülki şəxsləri, tarixi və ya dini obyektləri hədəfə götürmür.

Biz heç bir xalqla müharibə istəyində olmamışıq və heç bir xalqın da torpağına təcavüz etməmişik. Amma torpaqlarımızı işağldan azad etmək haqqımız var. Azərbaycan üçün başqa bir yolu qalmayıb. Ona görə də Ali Baş Komandan əmr verib ki, torpaqlar erməni işğalından azad olunmalıdır”.

İlahiyyatçının sözlərinə görə, Şuşada kilsənin “vurulması” iddiası ermənilərin öz təxribatlarının nəticəsidir: “Əgər Azərbaycan tərəfi ora bir raket atsaydı, binanın şüşələri qırılıb tökülərdi, tikili buna tab gətirməzdi. Amma erməni bu təxribata da əl atıb ki, dünya ictimaiyyətini aldatsın. Azərbaycan xalqı multikulturaldır, humanistdir, bütün dinlərə, əqidələrə və irqlərə hörmət qoyur. Biz haqq olan işimizdə Allahın köməkliyi ilə qələbə qazanacağıq.

Ermənistan işğal olunmuş ərazilərdə məscidləri dağıdıb, orada heyvan saxlanılır. Hələ Ermənistanda demirik, məscidlərin hamısı dağıdılıb. Bu gün dünya ictimaiyyətini aldatmaq erməniyə heç də uğur gətirməyəcək. Azərbaycan xalqı öz haqqını qazanacaq. İnşallah, Azərbaycanın üçrəngli bayrağı Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər