22 Oktyabr 2020 13:51
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə səfər edib.

Teleqraf.com-un Gəncə bürosunun verdiyi məlumata görə, Corc Dik Ermənistan tərəfindən Gəncəyə atılan raketlər nəticəsində dağılan ərazilərə baş çəkib.

Diplomat erməni terroru nəticəsində ölən və yaralananların yaxınları ilə görüşüb.

Səfərdə məqsəd dinc əhaliyə qarşı törədilmiş raket zərbələrinin nəticələri ilə yaxından tanış olmaq, habelə zərərçəkənlərə humanitar yardım göstərməkdən ibarətdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər