27 Oktyabr 2020 12:03
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Daily Sabah” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində PKK düşərgələri var, Ermənistanın istifadə etdiyi taktika isə qoşunların tərkibində PKK terrorçularının olduğunu göstərir:

“Bölgədə tunellərin qazılması, atəş sistemləri, bütün bunlar PKK-ya xasdır. Azərbaycan hərəkət, taktik və xarakterik xarici görünüş baxımından Ermənistan qoşunlarının ilk sıralarında PKK-nın mövcudluğunu müəyyən edib”.

H.Hacıyev əlavə edib ki, PKK-nı terror təşkilatı hesab etməyən bütün ölkələr bəşəriyyətə qarşı cinayətlərə öz töhfəsini verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər