"Tez bir zamanda sülh danışıqlarına əməl edilməsi lazımdır. BMT Təhlükəsizlik Şurasının Qətnamələri var. Bu qətnamələrdə hər bir fakt açıq göstərilib. Düşünürəm ki, ərazi bütövlüyü çərçivəsində münaqişə öz həllini tapar”.
Teleqraf.com-un Gəncə bürosu xəbər verir ki, bunu Gəncədə səfərdə olan Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra formullar var:
"Mən Kazan formulunu göstərə bilərəm. Başqa bir yanaşmada başqa bir formul da işlənib hazırlana bilər. Ancaq bu gün əsas məsələ atəşkəsin əldə olunmasıdır. Günahsız insanların öldürülməsinin qarşısı alınmalıdır".