“Döyüş əməliyyatları, əsasən, Qubadlı, Zəngilan, Xocavənd və Ağdərə istiqamətlərində davam edir”.
Teleqraf.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov açıqlayıb.
Nazirlik rəsmisi qeyd edib ki, son sutkada 4 Qrad, 1 KUB, 9 top, sursatlarla dolu 2 yük maşını, o cümlədən taktiki pilotsuz uçuş aparatı məhv edilib: “Düşmən Azərbaycan Ordusunun döyüş taktikası ilə bütün istiqamətlərdə sıxışdırılıb, geri çəkilməyə məcbur edilib. Hazırda Ordumuz əməliyyat şəraitinə nəzarət edir”.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı legitim hərbi hədəflər məhv edilir: “Düşmənin döyüş meydanından məlumatı olmayan rəhbərliyi hələ də daxili auditoriyaya yalan məlumat verir. Buna görə də aldadılaraq döyüş meydanına gətirilənlərin təslim olması onların sağ qalması üçün yeganə yoldur”.