11 Noyabr 2020 17:33
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə bəyanatını yüksək qiymətləndiririk.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda öz əksini tapıb.

Qeyd edilir ki, əldə edilən razılaşmalar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur və Dağlıq Qarabağ probleminin həlli üçün əsas ola bilər.

“Rusiya Federasiyasının razılaşmanın əldə olunmasında konstruktiv rolunu və razılaşmaların praktiki həyata keçirilməsinə yönəlmiş sülhməramlı səylərini xüsusilə qeyd edirik. Ümidvar olduğumuzu bildiririk ki, bu çətin dövrdə Azərbaycan və erməni xalqları bölgədə təhlükəsizliyi təmin edərək davamlı sülh və barışıq üçün möhkəm zəmin yaratmağa çalışacaqlar”, – deyə Qazaxıstan XİN-in bəyanatında bildirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər