Milli Məclis Azərbaycan Prezidentinə və xalqa müraciət mətni hazırlamaq üçün redaksiya heyəti yaradıb.
Teleqraf.com-un xəbərinə görə, Spiker Sahibə Qafarova deyib ki, verilən təkliflərə əsasən redaksiya heyətini aşağıdakı kimi formalaşsın.
Belə ki, redaksiya heyətinin sədri vitse-spiker Əli Hüseynli, üzvləri isə akademik Nizami Cəfərov, Dağlıq Qarabağı azərbaycanlı İcmasının İdarə Heyətinin sədri Tural Gəncəliyev, deputat Nigar Arpadarai və Erkin Qədirli seçilib.