“Peyvənd işlərində çox böyük irəliləyiş var, maska tezliklə həyatımızdan çıxacaq".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında paylaşıb.
Təxminən 1 ildir davam edən koronavirus epidemiyasına qarşı bir peyvənd və ya müalicə metodu hələ tapılmayıb. Bir çox şirkət tərəfindən peyvənd işləri davam edərkən türkiyəli nazir hər kəsə ümid verəcək bir açıqlama ilə çıxış edib:
"Sərbəst nəfəs ala bildiyimiz günlər üçün darıxırıq. Maska ən yaxın zamanda həyatımızdan çıxmış olacaq. Peyvənd işlərində çox böyük irəliləyişlər var. Nəticəni gözləyək. Evimizdən kənarda və başqaları ilə birlikdə olduğumuz hər yerdə maskamızı düzgün istifadə edək. Səbriniz üçün təşəkkür edirəm”.