4 May 2014 00:53
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Türkiyə Super Liqasıında 32-ci turun oyunları keçirilir.

Teleqraf.com xəbər verir ki, İstanbulun “Qalatasaray” futbol klubu öz meydanında “Gənclərbirliyi”ni qəbul edib və 3-2 hesablı qələbə qazanıb.

Oyunda isə “Qalatasaray” 2-0 hesabı ilə geridə olsa da Burak Yılmaz, Ahmet Çalık (avtoqol) və Umut Bulutun qolları ilə lazım olan 3 xalı qazanıb.

Beləliklə, 59 xala sahib olan “Qalatasaray” 2-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, son iki turda "cim-bom" xal itirməsə, çempion “Fənərbaxça”nın əvəzinə birbaşa Çempionlar Liqasının qrup mərhələsinə düşəcək.

Çünki UEFA oyun alqı-satqısına görə "fənər"in Çempionlar Liqasına gedən yolunu bağyanıb.


Müəllif: Teleqraf.com