“Dağlıq Qarabağın kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya bununla bağlı mövqeyini dəyişməyib. Peskov qeyd edib ki, ümumiyyətlə, heç bir ölkə mövqeyini dəyişməyib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib.
Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edilib.