“Ötən əsrin əvvəllərində Qafqaz İslam Ordusunun sıralarında Azərbaycanın istiqlaliyyəti uğrunda canlarını qurban vermiş qardaş türk əsgər və zabitlərinin xatirəsini böyük ehtiramla və dərin hörmətlə yad edib, hər birinə uca tanrıdan rəhmət diləyirəm”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib.
“100 il sonra – 2018-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda keçirilmiş hərbi paradda həm müasir hərbi geyimdə, həm də rəmzi olaraq Qafqaz İslam Ordusunun hərbi geyimində Azərbaycan və Türkiyə əsgərlərinin birgə marşı qardaşlıq və əbədi birliyimizi bariz şəkildə təcəssüm etdirdi. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz və işğalçılıq siyasətinə son qoymaq məqsədi daşıyan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı qardaş Türkiyənin qəti və birmənalı siyasi-diplomatik və mənəvi dəstəyinin bir daha şahidi oldu”, - Prezident əlavə edib.