12 Dekabr 2020 20:37
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş bu ilin 10 noyabr tarixində Üçtərəfli Bəyanatın imzalanmasından sonra həmsədrlərin bölgəyə həyata keçirdiyi ilk səfəri çərçivəsində baş tutub.

Görüşdə bölgədəki vəziyyət və 10 noyabr tarixli Bəyanatın icrası ilə bağlı məsələlər müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər