Çindən Türkiyəyə 3 milyon doza "Sinovac" vaksini gətirilib.
Teleqraf.com-un məlumatına görə, səhər saatlarında Ankaraya çatdırılan vaksinlər dərman anbarına yerləşdirilib.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca vaksinlərin növbəti 14 gün ərzində sınaqdan keçiriləcəyini açıqlayıb.
Onun sözlərinə görə, sınaqlar başa çatan kimi kütləvi peyvəndləmə başlayacaq.