Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı rəsmi feysbuk hesabında paylaşım edib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısının hesabında paylaşılan fotoda "Milli iradəmizin zəfər çaldığı gün!" cümləsi yazılıb.
Qeyd edək ki, 1990-cı ilin yanvarında baş verən bu ağır faciə bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı.