24 Yanvar 2021 01:17
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəminin kapitanı ilə telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.

Kapitanla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da danışıb.

Qeyd edək ki, Qvineya sahillərində “Motsart” adlı türk gəmisinə nigeriyalı dəniz quldurlarının hücumu zamanı 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.


Müəllif: Teleqraf.com