27 Yanvar 2021 14:37
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Möhtərəm cənab Prezident, mənə bu etimadı göstərdiyinizə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizin rəhbərliyinizlə müzəffər Ordumuzun şücaəti nəticəsində Şuşa şəhəri işğaldan azad olunandan sonra etdiyiniz tarixi çıxışınızda “Şuşa, biz səni dirçəldəcəyik!” şüarını səsləndirmisiniz".

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunan Aydın Kərimov Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul edilərkən çıxışı zamanı deyib.

"Bu şüar altında quruculuq işlərində iştirak etmək mənim üçün böyük şərəf və eyni zamanda, böyük məsuliyyətdir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın planlı və sistemli şəkildə yenidən qurulması, olduqca zəngin tarixi, mədəni irsinin bərpa edilməsi, sakinlərin rahat və əlçatan müasir məxsusi şəhər mühitində yaşamaları üçün qarşımda qoyduğunuz vəzifələrin, bütün tapşırıqlarınızın vaxtında və tələb etdiyiniz səviyyədə yerinə yetirilməsi üçün əlimdən gələni edəcəyəm. Bir daha təşəkkür edirəm, cənab Prezident", - A.Kərimov bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər