5 May 2014 12:51
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrailin xarici işlər naziri Aviqdor Libermanın səfərinin yekunlarını müsbət qiymətləndirirəm”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun üzvü, politoloq Rasim Musabəyov bildirib.

O qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə çox sıx əməkdaşlıq mövzudur: “Azərbaycanla İsrail hərbi sahədən tutmuş kənd təsərrüfatı, səhiyyə sahəsində faydalı əməkdaşlıq edirlər. İsrail Azərbaycana müasir texnika satır.

İsrail xarici işlər nazirinin səfəri birinci səfər deyil, səhv etmirəmsə bu artıq beşinci səfərdir. Azərbaycan prezidenti İsrailin həm baş naziri, həm də prezidenti ilə səfələrlə görüşüb. Sonuncu belə görüş bu ilin yanvarında Davosda keçirilən iqtisadi forum çərçivəsində olub. Demək istəyirəm ki, Azərbaycanla İsrailin hər iki tərəfə kifayət qədər fayda verən əməkdaşlığı mövcuddur”.

Səxavət


Müəllif: Teleqraf.com