Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Məmməd Qəribov həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, M.Qəribov prokurorluq əməkdaşları tərəfindən tutulub.
Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.
Qeyd edək ki, M.Qəribov 2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov da həbs edilib.//Report