Oqtay Əsədov: “Sizə söz verməyəcəyəm”
Milli Məclisin (MM) iclasında qalmaqal yaşanıb.
Qalmaqal spiker Oqtay Əsədovla Zahid Oruc arasında baş verib.
Qalmaqala səbəb isə “İnzibati icraat haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı baş verib.
Söz alan Zahid Orucun kifayət qədər tənqidi fikirlər səsləndirməsi spiker tərəfindən etiraza səbəb olub.
Spiker Z. Orucun fikirlərinə ilk növbədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin aydınlıq gətirməsini məqsəduyğun hesab edib.
Bu zaman Z.Orucla spiker arasında polemika yaşanıb. Spiker Z. Orucu yerindən danışmamağa və replika atmamağa çağırıb. Bu da öz növbəsində qarşı tərəfin kəskin reaksiyasına səbəb olub.
“Mən bilirəm, sizin gözəl ideyalarınız var... Amma xahiş edirəm ki, yerinizdən danışmayasınız. Siz hər dəfə belə edirsiniz, mən də sizə xəbərdarlıq edirəm. Yerinizdən danışmayın”- deyə, spiker bildirib.
Deputat fikirlərini davam etdirəndə spiker deyib ki, “sizə söz verməyəcəm”.
Nemət