1 Aprel 2021 16:18
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan karanovirusla mübarizənin başladığı ilk gündən bütün mümkün tədbirləri zamanında icra edib. Ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində mühüm addımlar atılıb. Bu addımlar səhiyyə infrastrukturunun yenilənməsi, epidemiya ilə mübarizə, o cümlədən yeni avadanlıqların və reanimasiya xidmətinin qurulması istiqamətində özünü büruzə verib".

Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə komitəsin üzvü Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, Azərbaycan digər ölkələrdən fərqli olaraq vaksinasiyaya strateji yanaşıb:

“Ölkəmiz pandemiya ilə mübarizədə istər səhiyyə sisteminin mobilzə olunması, istər yeni infrastrukturun yaradılması, istərsə də mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində uğur qazanıb. Bunu xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan qabaqcıl Avropa ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb.

Azərbaycan qabaqcıl bir ölkə kimi qlobal təşəbbüslərdə də yaxından iştirak edir. Ölkə başçısının qeyd etdiyi kimi, pandemiya ilə mübarizəni dar çərçivədə aparmaq və bir ölkə səviyyəsində uğur qazanmaq olmaz. Burada həmrəylik və beynəlxalq ictimaiyyətin nümayəndələri ilə birgə çalışmanın önəmi çox vacibdir.

Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələrin sədri, o cümlədən ikitərəfli əlaqələrdə qarşılıqlı hörmət və ədalət prinsipini rəhbər tutmuş bir ölkə kimi dövlət başçısının təşəbbüsləri sayəsində həm Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq proqramlarına, həm də ikitərəfli qaydada ölkələrə müvafiq yardımlar edib”.

Müşfiq Məmmədlinin sözlərinə görə, hazırda Azərbaycanda 550 mindən çox şəxs koronavirusa qarşı peyvənd olunub: “Mövcud vəziyyətdə ikinci doza peyvəndləmə prosesində də kifayət qədər sürət əldə olunub. Bütün bunlar onu göstərir ki, ölkəmiz həm qlobal pandemiya ilə mübarizəyə öz töhvəsini verir, həm də sosial dövlət kimi əhalisinin sağlamlığını ön planda tutur.

Azərbaycan BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli paylanması və əlçatanlığın təmini üçün təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslər nəticəsində müvafiq qətnamə qəbul olunub. Ölkəmiz həmçinin ÜST-ün apardığı bütün proseslərdə də yaxından iştirak edir. Bu da dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər