Münaqişə başa çatdı, lakin bərpa prosesi kifayət qədər vaxt aparan prosesdir. Bu münaqişədən əziyyət çəkən çoxlu sayda insanlar var.
Teleqraf.com-un məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavaesa Senqendo İƏT Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə hərs olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, İƏT bərpa-yenidənqurma işlərində də dəstəyini davam etdirəcək:
"Biz bütün İƏT üzvlərini çağırırıq ki, öz dəstəklərini göstərsinlər. Eyni zamanda insanların psixoloji sarsıntılarının aradan qaldırılması lazımdır. Biz bütün bu məsələlərdə təşkilat üzvlərini Azərbaycana dəstək göstərməyə çağırırıq”.