Hesablama Palatasının hesabatına baxdım. Hesab edirəm ki, sənəd yaxşı tərtib edilib. Əlbəttə, Hesablama Palatası büdcəyə nəzarət edir, monitorinqlər və audit aparır. Fikrimcə, dövlət qurumlarında monitorinq əlatlərinə qarşı immunitet yaranıb.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Razi Nurullayev deyib.
O, Hesablama Palatasına təklif edib ki, yeni monitorinq və audit alətləri hazırlasın:
“Bizdə adətən qərb alətlərinə üstünlük verilir. Amma bu sadə alətlərdir. Məncə, yerli və yeni alətlərlər hazırlana bilər. Çoxmərtəbəli və mürəkkəb mənimsəmələrin qarşısını almaq lazımdır”.
Razi Nurullayev qeyd edib ki, Hesablama Palatasını parlament yaradıb və bu qurum yalnız Milli Məclis qarşısında hesabat verir:
“Biz sizə dəstək olmağa hazırıq. Çox yaxşı haldır ki, hesabat həm də özünütənqid əsasında qurulub. Tənqid olan yerdə inkişaf da olur”.