8 İyun 2021 10:38
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qarabağın bərpasında iştirakı müzakirə edilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

Nazir bildirib ki, bankın Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen və həmkarları ilə görüşüb:

"Görüşümüzdə özəl sektorun inkişafı, Gəncə Yaşıl Şəhər Proqramı çərçivəsində icra olunacaq layihələr və bankın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi apardıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər