Saxlanılan 15 nəfərin Ermənistana qaytarılması və Azərbaycana minaların təmizlənməsi prosesini asanlaşdıracaq məlumatların təqdim edilməsini alqışlayıram”.
Teleqraf.com xəbər verir ki, bunu İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde özünün tviter hesabında yazıb.
O qeyd edib: “Bu etimad quruculuğu tədbirlər Minsk qrupunun həmsədrlərinin himayəsi altında danışıqlar üçün şərait yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa İttifaqı ilə işləməkdən məmnunam”.