Prezident İlham Əliyev “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.3-cü və 2.5-ci bəndləri 2021-ci il noyabrın 1-dən qüvvəyə minir.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.